Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

14 dekabr 2015 | 16:00

12 dekabr 2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anım günü Şamaxı rayonunda qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini Ümummilli liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Mərkəzdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolara, daha sonra isə “Sən həmişə bizimləsən” adlı sənədli filmə baxmışlar.

Keçidlər