Məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarına yola salındı
Noyabrın 16-da rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, rayon Mədəniyyət və Turizm şöbəsinin, Gənclər və İdman İdarəsinin rəhbərliyi və valideynlərin iştirakı ilə Heydər Əliyev mərkəzinin qarşısında əlaçı və nümunəvi IX-XI sinif şagirdlərinin Quba-Qusar-Xaçmaz marşurutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında iştirak etmək üçün yolasalma mərasimi keçirilib.
Tur aksiyanın iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova yolasalma mərasimində çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, ölkəmizin tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməkdə mühüm rol oynayır. O, çıxışında qeyd edib ki, yeni nəsil Azərbaycan dövlətinin, Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qayğısı sayəsində sürətlə inkişaf edən Azərbaycanın xoşbəxt sabahını yaşayacaqdır.
Məktəblilər noyabrın 19-na kimi Quba, Qusar və Xaçmaz rayonlarının tarixi, coğrafiyası və turizm məkanları ilə daha yaxından tanış olma imkanı əldə edəcəklər.