Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıdakı “N” saylı hərbi hissədə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir

09 noyabr 2015 | 16:00

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Şamaxı rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova açaraq tədbir iştirakçılarını salamlamış, bayram münasibəti ilə hərbi hissənin zabit və əsgər heyətini təbrik etmişdir. Natiq çıxışında Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini bildirmişdir. Üçrəngli bayrağımıza dövlət diqqətindən söz açan natiq məhz bu günün də bayram kimi qeyd edilməsinin Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamı ilə bağlı olduğunu qeyd etmişdir.
Gülnisə Ələkbərova ordu quruculuğundan da danışaraq bu gün Milli Ordumuzun müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısı olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, ölkəmizdə Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır. Natiq çıxışının sonunda növbəti bayram tədbirlərinin Qarabağda, Şuşada keçirilməsini arzuladığını bildirmişdir.
Çıxışlarda vurğulanmışdır ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Qeyd olunmuşdur ki, güclü potensiala malik Azərbaycan Respublikasının Silahlı Qüvvələri çox yaxın müddətdə Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində işğal altında olan 20% torpağımızı erməni mənfurlarından azad edəcək, zəfərlərimizə yeni qələbələr əlavə edəcəkdir.
Daha sonra tədbir rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etmişdir.

Keçidlər