Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Dövlət Bayrağı Günü”nə həsr olunmuş konsert keçirilmişdir

06 noyabr 2015 | 16:00

Noyabrın 6-da Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Dövlət Bayrağı Günü”nə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İştirakçılar əvvəlcə foyedə mərkəzin Rəssamlıq şöbəsinin şagirdləri tərəfindən “Dövlət Bayrağı Günü” münasibətilə təşkil olunmuş sərgi ilə tanış olmuşlar.
Mərkəzin xor kollektivinin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə konsert başlanmışdır.
Konsert proqramına xalq mahnıları, milli rəqslər də daxil edilmiş, şagirdlərin ifasında nümayiş etdirilmiş “Bayram rəqsi”, “Dilşadı rəqsi” və başqa rəqslər tamaşıçılarda xoş ovqat yaratmış, arası kəsilməyən alqışlara səbəb olmuşdur.
Sonda Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək “Dövlət Bayrağı Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, konsertin yüksək səviyyədə keçirilməsində iştiraklarına görə hər bir iştirakçıya öz təşəkkürünü bildirmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Keçidlər