Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Dairə Seçki Komissiyası üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə kurslar keçirilir

24 avqust 2015 | 15:00

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə avqustun 24-də 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının inzibati binasının iclas zalında dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilmişdir.
3 gün davam edəcək kurslar cari ilin noyabrında Milli Məclisə keçiriləcək növbəti seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Kursun birinci günündə iştirakçılara seçki prosesində icra olunacaq müxtəlif prosedurlarla bağlı məşğələlər keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov tərəfindən “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması  və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu  və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin sədri Təranə Hüseynova tərəfindən “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzuları tədris olunmuşdur.
Daha sonra 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının sədri Hüseyn Rəcəbovun iştirakı ilə “Seçici siyahıları ilə iş qaydası” mövzusunda seminar keçirilmişdir.
Məşğələdə aşağı seçki komissiyalarının sədrləri seçki prosesləri ilə bağlı ətraflı məlumatlandırılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər