Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda kompleks mülki müdafiə təliminə hazırlıqla bağlı müşavirə keçirilmişdir

24 avqust 2015 | 15:00

Mülki müdafiə qoşunlarının mülki müdafiə idarəsi tərəfindən Şamaxı rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks təlimin keçirilməsi ilə bağlı hazırlıq müşavirəsi keçirilmişdir.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov çıxış edərək təlimin keçirilməsində məqsədin fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyət və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması olduğunu vurğulamışdır. Natiq bildirmişdir ki, təlimə rayon İcra Hakimiyəti, rayon Fövqəladə Hallar Komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri cəlb edilmişdir.
Sonra FHN-nin Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə  şöbəsinin rəisi, polkovnik Altay Şikarov çıxış edərək təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamları təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqların yerinə yetiriləcəyi barədə ətraflı məlumatlar vermişdir.
Həmçinin diqqətə çatdırılmışdır ki, təlimdə əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilmişdir.
Daha sonra çıxış edən FHN-nin Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Faiq Əhədov kompleks təlimə rayonun hərbiləşdirilməmiş dəstələrinin 230 nəfər şəxsi heyəti və 38 ədəd texnika cəlb edildiyini bildirmişdir.

Keçidlər