Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şamaxı regional şöbəsi üçün yeni inzibati bina istifadəyə verilib
01 avqust 2015 | 15:00
Avqustun 1-də Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Şamaxı regional şöbəsi üçün yeni inzibati bina istifadəyə verilib.
Açılış mərasimində daxili işlər nazirinin müavini, polis generalı İsmət Əliyev, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis generalı Arzuman Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar müasir arxitektura üslubunda inşa edilən və hər cür lazımi avadanlıqla təchiz olunan inzibati binada yaradılan şəraitlə tanış olublar.