Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı şəhərində orta əsrlərə aid olduğu ehtimal edilən yeraltı anbar aşkarlanıb

01 avqust 2015 | 15:00

Şamaxı şəhərinin sakinləri iyulun 31-də mərkəzi stadionun yaxınlığında qəribə hadisə ilə üzləşiblər. Belə ki, stadiona yaxın ərazidə qəflətən yer səthində çöküntü yaranıb. Müvafiq qurumlar dərhal hadisə yerinə gəlib, ərazi mühafizəyə götürülüb.
Hadisə yerinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyası qrupu çağırılıb. Qrup rəhbəri Şirzad Əhmədovun başçılığı ilə ərazidə ilkin tədqiqat işləri aparılıb.
Şirzad Əhmədov bildirib ki, ərazidə 3 metr dərinlikdə çöküntü yaranıb. Bu dərinlik çox da ola bilər. Ehtimala görə, çöküntüyə yerin altında XX əsrə qədər istifadə edilən, təqribən 5-10 ton tutumu olan taxıl anbarı səbəb olub. Bizə məlumdur ki, Azərbaycan ərazisində orta əsrlərdə insanlar taxıl saxlamaq üçün bu cür anbarlardan istifadə ediblər. Bu anbarların ətrafı qamış, ot və samanla bağlanardı və taxılın yağışdan qorunması üçün yer səthinə çıxarılan 1 metrə qədər ərazisi torpaqla örtülürdü. Əlbəttə, bütün bunlar ilkin rəydir.
Çöküntü barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verilib. Ərazidə ətraflı arxeoloji tədqiqatlar aparılacaq.

Keçidlər