Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda növbəti qanvermə aksiyası keçirilmişdir

08 iyul 2015 | 15:00

İyulun 8-də Şamaxı Mərkəzi Rayon Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilmişdir.
Talassemiya digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında rayonun icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, YAP Şamaxı Rayon Təşkilatının üzvləri və rayonda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdirmişlər. Qan vermək üçün 280 nəfərdən çox rayon sakini müraciət etmiş, 120 nəfərdən qan götürülmüşdür.
Humanitar aksiyada Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elxan Məmmədov çıxış edərək talassemiyalı xəstələrə yardım göstərilməsinin ölkəmizdə ictimai xarakter almasını vurğulamış, qeyd etmişdir ki, 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” mövzusunda keçirilmiş dəyirmi masadan sonra bu xəstələrin problemləri diqqət mərkəzinə düşərək, bu kimi aksiyaların keçirilməsi də gözəl bir ənənəyə çevrilmişdir. Talassemiya xəstəliyinin ciddiliyini nəzərə alaraq, Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının təşkili, ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkənlərin təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və qan bankının yaradılması üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda 2009-cu il mayın 9-dan fəaliyyət göstərən Talassemiya Mərkəzi inşa edilmişdir. Həmçinin talassemiya xəstəliyi ilə mübarizənin kəskinliyi və əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə cari ilin fevral ayının 10-da “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın preampulasında qeyd olunduğu kimi, Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır və hər il respublikamızda 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Buna görə də bu kimi aksiyalar böyük şəfqət kampaniyasına çevrilir.
Aksiya zamanı əldə olunan qan ehtiyatı Respublika Mərkəzi Qan Bankına göndərilmişdir.

Keçidlər