Ekologiya və Təbii Sərvətlər naziri Şamaxıda bölgə vətəndaşlarını qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, Qobustan, Göyçay və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Qəbul zamanı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilmiş, müraciətlərinə baxılmışdır. Vətəndaşların müraciəti əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olmuşdur.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınmış, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülmüşdür.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunmuşdur. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınmış və aidiyyəti strukturlara çatdırılacağı bildirilmişdir.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Şamaxıdakı Heydər Əliyev Mərkəzində Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Hüseynqulu Bağırov Şamaxı, Qobustan, Ağsu, Göyçay və Kürdəmir rayonlarından olan 48 vətəndaşın müraciətini dinləmişdir. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olmuşdur.
Qəbul zamanı vətəndaşların müraciətləri, şikayət və təklifləri dinlənilərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmiş, qaldırılan məsələlər operativ şəkildə araşdırılması üçün nəzarətə götürülmüşdür. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir Hüseyqulu Bağırov tərəfindən dinlənilmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülmüşdür.