Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıdakı “N” saylı hərbi hissədə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir

25 iyun 2015 | 15:00

25 İyun 2015-ci il tarixində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov açaraq tədbir iştirakçılarını salamlamış, bayram münasibəti ilə hərbi hissənin zabit və əsgər heyətini təbrik etmişdir. Natiq çıxışında bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Qeyd etmişdir ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması, bazasının möhkəmləndirilməsindən söz açan Ağamusafa Vahidov bu sahədə Ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamış, məhz bu günün də bayram kimi qeyd edilməsinin Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərman ilə bağlı olduğunu qeyd etmişdir. Natiq çıxışının sonunda növbəti bayram tədbirlərinin Qarabağda, Şuşada keçirilməsini arzuladığını bildirmişdir.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov çıxış edərək respublikamızda əsası 1918-ci ildə qoyulmuş Silahlı Qüvvələrin yaradılmasından, müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılması, bazasının möhkəmləndirilməsindən bəhs etmiş, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində aparılan uğurlu tədbirlərdən ətraflı danışmışdır. Mayıl Alıcanov xüsusi vurğulamışdır ki, güclü potensiala malik Azərbaycan Respublikasının Silahlı Qüvvələri çox yaxın müddətdə Prezident cənab İlham Əliyevin  uzaqgörən siyasəti sayəsində işğal altında olan 20% torpağımızı erməni mənfurlarından azad edəcək, zəfərlərimizə yeni qələbələr əlavə edəcəkdir.
Tədbirdən sonra iştirakçılar hərbi hissə ilə tanışlıq zamanı yeməkxanada əsgərlərlə birlikdə nahar etmişlər.
Daha sonra tədbir rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etmişdir.

Keçidlər