Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlimiz Avropa birincisi oldu

25 iyul 2012 | 15:00

Surxayev Ruslan Adil oğlu 26 aprel 1995-ci il tarixində Şamaxı rayonunda anadan olmuşdur. 2012-ci ildə Şamaxı şəhəri 5 saylı orta məktəbi bitirmişdir. 2006-ci ildən etibərən Şamaxı rayonunda Sərbəst güləş idman növü üzrə məşqlərə başlamışdır. Məşqçisi “Azərbaycan Respublikasının Fəxri və Bədən Tərbiyəsi İdman işçis”i Qudrət Məmmədyarovun qeyd etdiyi kimi Ruslan Surxayev məşqlərinə muntəzəm gəlmiş və həmişə öz davranişı ilə yoldaşlarından fərqlənmişdir. Surxayev Ruslan dəfələrlə müxtəlif Beynəlxalq və Respublika turnirlərinin qalibi olmuş, üç dəfə ardıcıl olaraq (2010-2011-2012-ci illərdə) sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində I yerə layiq görülmüşdür. 2010-cu ildə Avropa birinciliyində bürünc medal sahibi olmuşdur. 17-18 iyul 2012-ci il tarixlərində isə Polşa Respublikasının Katovice şəhərində keçirilən yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Avropa birinciliyində 50 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüşdür. Həmyerlimiz Surxayev Ruslan Adil oğlunu bu uğurlu qələbə münasibəti ilə təbrik edirik və qarşıdan gələn 24-27 avqust 2012-ci il tarixlərində Bakı şəhərində keçiriləcək sərbəst güləş idman növü üzrə Yeniyetmələr arasında Dunya birinciliyinə daha boyük nailiyyətlər və daha uğurlu qələbələr diləyirik.

Keçidlər