Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 26 iyun – "Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" çərçivəsində tədbir keçirilib

29 iyun 2026 | 18:08

29 iyun 2026-cı il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında Şamaxı rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şamaxı rayon Komissiyasının təşkilatçılığı ilə 26 iyun – "Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" çərçivəsində tədbir keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şamaxı rayon komissiyasının üzvləri, Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi, aidiyyəti təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon komissiyasının sədri Hikmət Şikarov tədbiri giriş nitqi ilə açıq elan edərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilə dair İş Planının 28-ci bəndinə müvafiq olaraq, 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq vətəndaş cəmiyyəti institutlarının, aidiyyəti təşkilatların və rayon komissiya üzvlərinin diqqətini bir daha bəşəriyyət üçün ciddi təhlükə hesab olunan narkomaniya probleminə yönəltmək, bu sahədə mövcud vəziyyəti müzakirə etmək və profilaktik tədbirlərin əhəmiyyətini ön plana çıxararaq aidiyyəti orqanların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğuladı.

Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev Narkomaniyanın doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi.

Keçidlər