Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul etmişdir

19 iyun 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şamaxıda vətəndaşları qəbul etmişdir.
Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunmuş qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, fermer təsərrüfatlarının inkişafı, suvenirlərin satışına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciәtlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, üzümçülük, heyvandarlıq, balıqçılıq, arıçılıq və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qəbul günü digər rayonlardan olan vətəndaşlar da Ş. Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə, qəbulda Qobustan, İsmayıllı, Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edib.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Keçidlər