Şamaxıda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir
Şamaxıda 15 iyun Milli Qurtuluş günü münasibətilə tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə tər çiçəklər düzmüşlər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bildirmişdir ki, 22 il bundan əvvəl bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərərək Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəldi və demək olar ki parçalanmış, bölünmüş Azərbaycanın xilaskarı oldu. Ulu öndər Heydər Əliyevin Şah əsəri adlandırdığımız müasir Azərbaycan Qurtuluşla başlayan iqtisadi cəhətdən inkişaf etmiş tərəqqi dövrünü yaşayır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmışdır. Artıq Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayır. Əlbəttə ki, bütün bunların əsasında Ulu öndərin hakimiyyətə qayıdışı ilə başlayan milli qurtuluş dayanır.
Ulu öndərin əsasını qoyduğu müstəqillik siyasətinin uğurlu nəticəsidir ki, bu gün ölkə başçısı cənab İlham Əliyev dünyada yeni bir ilkə-Birinci Avropa Oyunlarının Azərbaycanda gerçəkləşməsinə imza atdı. Azərbaycanın iqtisadi-siyasi uğuru bu mühüm beynəlxalq tədbirin müstəqil ölkəmizdə bərqərar olması üçün münbit zəmindir. Bu oyunlarda ölkəmizi təmsil edən idmançılarımıza bol-bol qələbə sevinci arzulayırıq.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, bu günkü gündə xalqımızın taleyində dönüş anı olmuşdur. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmişdir. Onun sözlərinə görə, bu qayıdış ölkəni ağır durumdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın təminatı olmuşdur. Ölkədə sabitliyin bərqərar olunması ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilmiş, iqtisadi tənəzzülün qarşısı alınmışdır. Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulmuşdur. Milli Qurtuluş günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur.