Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-nin Şimal-Qərb Regional Mərkəzinin müşavirəsi keçirilmişdir

11 iyun 2015 | 15:00

İyunun 11-də Şamaxıda FHN-nin Şimal-Qərb regional mərkəzinin “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi,  mövcud problemlərin müzakirəsi və birgə həlli yolları” mövzusunda müşavirəsi keçirilmişdir.

Müşavirədə Şamaxı rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin əməkdaşları, səhiyyə işçiləri, qəsəbə və kənd icra nümayəndələri, bələdiyyə sədrləri, gigiyena və epidemiologiya mərkəzinin mütəxəssisləri iştirak ediblər.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi”,”Fövqəladə hallar zamanı mülkü müdafiənin təşkili”, ”Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır” və digər mövzularda məruzələr dinlənilmişdir.

Müşavirə iştirakçıları su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, təhlükəli hadisələr zamanı insanların axtarışının və xilasının səmərəli şəkildə təşkili istiqamətində məqsədyönlü işlərin daim davam etdirilməsi, baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğatın rolu, yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin qorunması, ümumi təhlükəsizlik qaydaları, “112” qaynar telefon xəttinin funksiyası haqqında əhalinin məlumatlandırılması və digər mövzular ətrafında fikir mübadiləsi aparmışlar.

Tədbirdə  təbii fəlakətlərlə yanaşı, texnogen hadisələrin və onların dağıdıcı nəticələrinin də artması ilə əlaqədar mülki müdafiə tədbirlərinin daha ciddi təşkilinin vacibliyi vurğulanmışdır. Qeyd edilmişdir ki, dövlətimiz bu işin səmərəli və vahid sistem kimi təkmilləşdirilməsinə, mühafizənin müasir tələblər səviyyəsində qurmağa imkan verən bir çox normativ-hüquqi sənədlər qəbul etmişdir. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması üçün rayonda kifayət qədər imkanlar mövcudluğu razılıq hissilə qeyd edilmişdir.

Müşavirə iştirakçıları fövqəladə hallar zamanı, xüsusən də yanğın, zəlzələ və sürüşmə zamanı düzgün davranış qaydaları, belə hallar baş verərkən özünə və ətrafda yardıma möhtac insanlara hansı yardımları göstərmək, yanğın və texniki təhlükəsizlik qaydalarına necə riayət etmək və s. kimi gərəkli mövzularla bağlı əhali arasında maarifləndirmə işllərinin bundan sonra da davam etdirlməsini qərara a

Keçidlər