Şriftin ölçüsü :

Saytın rəngi :

“Şamaxı” mehmanxanası istifadəyə verilmişdir

22 iyul 2012 | 15:00

Tarixi paytaxt şəhəri olan Şamaxının yeni inkişaf dövrü əsasən keçən əsrin 70-80-ci illərindən başlayır. Xalqımızın ulu öndəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində həmin illərdə rayonun iqtisadiyyatının inkişafı ilə yanaşı onun infrastrukturu daha da möhkəmləndirilmişdir. Şəhərimizin ən hündür binası olan “Şamaxı” mehmanxanası da 1974-cü ildə ümummilli liderimizin xeyir-duası ilə inşa edilmişdir.
Son illərə qədər istifadə olunan mehmanxana artıq yararsız vəziyyətə düşmüşdü. Bütün bunlar nəzərə alınaraq 2010-ilin fevralından mehmanxanada əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Artıq onmərtəbəli, 36 nömrəli, 6 min kvadratmetr sahəsi olan mehmanxana dünya standartlarına uyğun istifadəyə tam hazırdır. Əsas binada mini bar, hovuz, SPA mərkəzi, sauna, gimnastika bölməsi, türk hamamı, bilyard klubu, onuncu mərtəbədə 60 nəfərlik restoran fəaliyyət göstərir. Bundan əlavə mehmanxananın həyətində tikiləcək binada böyük komfrans zalı, tədbirlərin keşirilməsi üçün müxtəlif zallar və digər inzibati otaqlar da olacaqdır. Bir sözlə, bu mehmanxana kompleksi böyük turizm potensialına malik Şamaxıda qonaqların qəbul edilməsində mühüm rol oynayacaqdır. Bundan əlavə həm də rayona dincəlməyə gələnlərin rahat şəraitlə təmin olunmasına geniş imkanlar açacaqdır.
Uyulun 21-də “Şirvan” mehmanxanasının açılış mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə “C-Mehmanxanalar qrupu”nun prezidenti Kaya Bulutlu açmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov tədbirdə çıxış edərək bu hadisə münasibətilə bütün Şamaxı rayon sakinlərini və onun qonaqlarını təbrik etmiş, respublikada, eləcə də rayonda özəl sektorun inkişafına göstərilən qayğı üçün ölkə Prezidenri cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdirş.
Daha sonra qırmızı lent kəsilmiş, mehmanxana ilə yaxından tanışlıq başlanılmışdır.
Mehmanxana elə həmin günü ilk müştərilərini qəbul etmişdir.
 

Keçidlər