Şriftin ölçüsü :

Saytın rəngi :

"Tour d’Azerbaidjan-2015" veloyürüşünün iştirakçıları Şamaxıda

07 may 2015 | 15:00

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" beynəlxalq veloyürüşündə 2-ci mərhələsi çərçivəsində velosipedçilər Şamaxı rayonu ərazisindən keçmişlər.
Planetin 24 ölkəsini təmsil edən 25 komandanın iştirakı ilə təşkil olunmuş yürüşün iştirakçıları Veloparkdan start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər. Paytaxtı tərk edən velosipedçilər Qobustan rayonundan sonra Şamaxı rayonu ərazisindən keçməklə ümumilikdə 187 km qət etmiş və İsmayıllıda qalibi müəyyənləşdirmişlər.
Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Yarışın son 3 mərhələsi planetin nüfuzlu idman kanalı "Eurosport"la canlı yayımlanacaq. İlk 2 mərhələnin yekunu isə kanal vasitəsilə 30 dəqiqəlik icmal şəklində tamaşaçılara təqdim ediləcək. "İdman Azərbaycan" kanalı isə turun bütün mərhələlərini canlı nümayiş etdirəcək.

Keçidlər