Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub

06 may 2015 | 15:00

06 may 2015-ci il tarixdə Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər. Sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq dahi lider haqqında geniş nitq söyləmiş, müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarı Ümummilli lider Heydər Əliyevin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən danışmışdır. İcra başçısı öz çıxışında Ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla və dinamik inkişaf etdirildiyini vurğulamış, Ulu öndərin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirmişdir.
Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş etdirilmişdir.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini - Gülnisə Ələkbərovanın “Dünya miqyaslı siyasətçi”, rayon prokuroru Zakir Müslümovun “Ulu öndər  və hüquq”, YAP rayon təşkilatının sədri, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Bəxtiyar Abbasovun “Ulu öndərin səhiyyəyə göstərdiyi diqqət və qayğısı”, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilovanın “Ulu öndər mədəniyyətimizin himayədarı olmuşdur” mövzularında məruzələri dinlənilmişdir. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasının yaradılması uğrunda apardığı islahatlardan, ölkənin sosiasl-iqtisadi gücünün bugünkü səviyyəyə çatdırılması yolunda durmadan çalışmasından, dövlətimizin beynəlxalq aləmdə tanıdılması, hüquqlarının tanınması, tarixi Azərbaycan torpaqları Dağlıq Qarabağın işğaldan azad olunması sahəsində apardığı xarici, əhalinin sosial-iqtisadi rifah halının yüksəldilməsi istiqamətində daxili siyasətindən, milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı üçün gördüyü işlər barədə ətraflı danışmışlar. Qeyd olunmuşdur ki, öz mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Keçidlər