Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konsert keçirilmişdir

29 aprel 2015 | 15:00

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbrilər çərçivəsində aprelin 29-da Şamaxı İncəsənət Təhsili Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin birgə konserti keçirilmişdir.
Əvvəlcə tədbirin iştirakçıları və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.
Konsertdə xalq artisti Teymur Göyçayevin bədii rəhbəriyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilk olaraq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzularına “fantaziyanı” ifa etmişdir. Daha sonra Orkestrin ifasında Fikrət Əmirovun “Şənlik rəqsi”, Qara Qarayevin “2 rəqs” və Motsartın “Alleqro” əsərləri, respublika və beynəlxalq müsabiqələrin laureatları və diplomantlarının ifasında Bethoven, Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Tofiq Quliyev, Adil Bəbirov, Qara Qarayev, Vasif Adıgözəlovun əsərləri və Azərbaycan xalq mahnısı “Uzundərə” səslənmişdir.
Konsertdə çıxış edən şagirdlərdən Leyla Fərəcova, Fidan Muxtarova, Nihat Məmmədov, Zərqələm Mehdiyeva, Ayan Məmmədli və Murad İbrahimovun ifaları tamaşıçılarda xoş ovqat yaratmış, arası kəsilməyən alqışlarına səbəb olmuşdur.

Keçidlər