Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda növbəti ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir

18 aprel 2015 | 15:00

Zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxıda son illər aparılmış abadlıq və quruculuq işləri nəticəsində rayonun sürətlə yaşıllıqlara çevrilməsi onun gözəlliyini daha da artırmışdır.
Rayonun mərkəzindəki Heydər Əliyev parkında, Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, şəhərin küçə, park və yaşayış ərazilərində, avtomobil yollarının kənarlarında kütləvi iməciliklər keçirilir, ağaclar əkilir, yaşıllıqlara daimi qulluq göstərilir. Həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında yaşıllıqlar salınmış və həmin ərazidə 12 mindən artıq müxtəlif ağac növləri əkilmişdir. Eyni zamanda, əkin yerlərinə su xətlərinin çəkilməsi, torpaqların hamarlanması, çalaların qazılması intensiv aparılır.
18 aprel 2015-ci il tarixdə Şamaxıda növbəti kütləvi ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir.
Qeyd edək ki, rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və idarə, müəssisə, təşkilatların kollektivləri ilə yanaşı sakinlər də aksiyaya həvəslə qoşulmuşlar. Təxminən 4500 nəfərin iştirak etdiyi iməciliklər zamanı Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında, şəhərin küçə və parklarında səliqə-sahman yaradılmış, təmizlik işləri aparılmış, ağaclar ağardılmış, 1100-dən çox müxtəlif növlərdən ağac, gül və bəzək kolları əkilmişdir. Təzə əkilən ağac və kollar suvarılmış, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmişdir.

Keçidlər