Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Mədrəsə qəsəbəsində keçirilmişdir

17 aprel 2015 | 15:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbul-görüşü rayonunun Mədrəsə qəsəbəsində keçirilmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının Mədrəsə qəsəbəsi İƏD-si üzrə nümayəndəsi, qəsəbənin bələdiyyə sədri və sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək qəsəbə sakinlərini salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişafından danışmışdır. İcra başçısı daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də Şamaxı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmış, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və  bu sahədə qarşıda duran vəzifələrdən ətraflı söz açmışdır.
Sonra qəsəbə sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə 2014-cü ildə start verilmiş əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsinə görə, qəsəbənin fasiləsiz olaraq təbii qazla təminatına, qəsəbə məktəbi üçün yeni binanın tikintisinə görə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi  ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Həmçinin qəsəbə sakinlərindən Vahid Qasımov təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yenidən tikilməsinə, Vaqif Cabbarov qəsəbənin içməli su probleminin həllinə, Əhməd Qasımov Şamaxı-Mədrəsə avtomobil yolunun təmirinə və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, Mikayıl Əhmədov kənd həkim ambulatoriyasının əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Mədrəsə qəsəbəsində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər