Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir

01 aprel 2015 | 15:00

Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.5-ci bəndinin icrası ilə əlaqədar olaraq, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunu hər il ənənəvi olaraq rayonda məktəbli gənclər arasında keçirilir.
Bu il “Şahin” hərbi-idman oyununun rayon birinciliyi 01 aprel 2015-ci il tarixində şəhərin Heydər Əliyev parkında keçirilmişdir.
Turnirin açılış mərasimində rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək hər il keçirilən “Şahin” hərbi-idman oyununun yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində böyük rol oynadığını nəzərə çatdırmış və turniri açıq elan etmişdir.
Sonra rayonun 21 məktəbi üzrə 252 şagirdin cəlb olunduğu hərbi-idman oyununa start verilmiş və yarış “Şahin” respublika hərbi-idman oyununun Əsasnəməsinin I mərhələsi (sıra hazırlığı) üzrə keçirilmişdir.
Bütün komandalar ayrı-ayrılıqda iştirak etdikdən sonra sıra hazırlığı mərhələsinin yekun xalları hakimlər heyəti tərəfindən hesablanmış və qalib gəlmiş komandalar Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplomlarla təltif olunmuşdur.
Rayon birinciliyində qalib gəlmiş Şamaxı rayonu Məlhəm kənd tam orta məktəbinin komandası Kürdəmir rayonunda keçiriləcək “Şahin” hərbi-idman oyununun respublika birinciliyinin zona yarışında iştirak etmək hüququ qazanmışdır.

Keçidlər