Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində növbəti kütləvi ağacəkmə aksiyası keçirilmişdir

04 aprel 2015 | 15:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın layihəsi əsasında “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ötən ilin oktyabr ayından başlayan və rayonun bütün ərazilərini əhatə edən ağacəkmə kompaniyası mart ayının əvvəllərindən yenidən davam etdirilir.
Zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxıda son illər aparılmış abadlıq və quruculuq işləri nəticəsində rayonun sürətlə yaşıllıqlara çevrilməsi onun gözəlliyini daha da artırmışdır. Marafon çərçivəsində rayonun mərkəzindəki Heydər Əliyev parkında, Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, şəhərin küçə, park və yaşayış ərazilərində, avtomobil yollarının kənarlarında kütləvi şəkildə ağaclar əkilir, yaşıllıqlara daimi qulluq göstərilir. Həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında yaşıllıqlar salınmış və həmin ərazidə 10 mindən artıq müxtəlif ağac növləri əkilmişdir. Eyni zamanda, əkin yerlərinə su xətlərinin çəkilməsi, torpaqların hamarlanması, çalaların qazılması intensiv aparılır.
04 aprel 2015-ci il tarixdə Şamaxıda “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində növbəti kütləvi ağacəkmə aksiyası keçirilmişdir.
Qeyd edək ki, rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və idarə, müəssisə, təşkilatların kollektivləri ilə yanaşı sakinlər də aksiyaya həvəslə qoşulmuşlar. Təxminən 4000 nəfərin iştirak etdiyi aksiya zamanı Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında, şəhərin küçə və parklarında səliqə-sahman yaradılmış, təmizlik işləri aparılmış, ağaclar ağardılmış, 1200-dən çox müxtəlif növlərdən ağac, gül və bəzək kolları əkilmişdir. Təzə əkilən ağac və kollar suvarılmış, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmişdir.
Marafon çərçivəsində rayon ərazisində bu günə qədər ümumilikdə müxtəlif növlərdən 17 min ağac əkilmiş, aprel ayında isə 5 minə yaxın ağacın əkilməsi planlaşdırılmışdır.
Ağacəkmə kompaniyası davam edir.

Keçidlər