Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Dağ Bağırlı kəndinə təbii qaz verilmişdir

19 mart 2015 | 16:00

Novruz bayramı ərəfəsində - martın 19-da rayonun Dağ Bağırlı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək kənd sakinlərini təbrik etmiş, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində respublika və rayon miqyasında görülən işlər barədə ətraflı məlumat vermişdir.
“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Elşən Rəhimov çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş və bildirmişdir ki, 276 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1006 metr müxtəlif diametrli polietilen və uzunluğu 11907 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 276 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.
Dağ Bağırlı kənd sakinləri Bəylər Kərimov, Əzizağa Kərimov və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.
Ümumiyyətlə çıxışlarda qeyd olunmuşdur ki, son illər rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə təbii qazın verilməsini gerçəkləşdirmişdir. Dağ Bağırlı kəndi rayonun təbii qazdan istifadə edən 35-ci yaşayış məntəqəsidir. Hazırda rayon əhalisinin 83,7%-i təbii qazdan istifadə edir.

Keçidlər