Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərə həsr olunmuş tədbir keçirilmişdir

14 iyul 2012 | 15:00

İyulun 13-də Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın ulu öndəri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq ulu öndərə ehtiramlarını bildirmişlər.
Sonra rayon icra hakimiyyətinin akt zalında Azərbaycan xalqının böyük və unudulmaz oğlu Heydər Əliyevin Azərbaycan Respublikasında rəhbərliyə gəlməsinin ildönümü münasibətilə tədbir davam etdirilmişdir. Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qasım Qasımov aşaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Daha sonra rayon müharibə və əmək veteranları şurasının sədri Ağarza Bayramov, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, habelə rayonumuza göstərdiyi daimi diqqət və qayğısından danışmışlar.
Tədbirdə xüsusi vurğulanmışdır ki, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan dövləti var, Heydər Əliyev bizim qəlbimizdə əbədi yaşayacaqdır.
 

Keçidlər