Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun 2026-cı il tarixində Şamaxı rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2026 | 17:54

23 İyun 2026-cı il tarixində Şamaxı rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.

Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayonda fəaliyyət göstərən dövlət qulluqçuları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətində təşkil olunmuş tədbirdə əməkdaşları bayram münasibəti ilə təbrik edən T.Məmmədov kollektivin üzvü Elxan Qədimlinin cənab Prezident tərəfindən “Tərəqqi Medalı” ilə təltif olunmasını kollektivin fəaliyyətinə verilən yüksək qiymət və gələcək fəaliyyət üçün böyük məsuliyyət olduğunu vurğulayıb.

Digər çıxış edənlər bu gün sürətlə inkişaf edən ölkəmizdə dövlət idarəetməsi sahəsində müasir dövrün tələbləri və standartlarına uyğun olaraq əldə olunmuş nailiyyətlərdən, dövlət qulluqçularının sosial-rifah halının yaxşılaşdırılması sahəsində aparılan islahatlardan geniş söhbət açıblar.

Tədbir çərçivəsində dövlət qulluğunda fərqlənən bir neçə dövlət qulluqçusu rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman ilə təltif olunub.

Daha sonra Şamaxı şəhər Mədəniyyət Mərkəzində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Kamera Orkestrinin təqdimatında “Musiqi irsimizə səyahət” adlı konsert keçirilib.

Proqramda Azərbaycan və dünya musiqisinin seçilmiş nümunələri səsləndirilib. Musiqi sənətinin təbliği baxımından əlamətdar hadisə kimi yadda qalan bayram konserti tamaşaçılara xoş ovqat bəxş edib.

Keçidlər