Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş konsert keçirilmişdir

12 mart 2015 | 16:00

12 mart 2015-ci il tarixdə Şamaxıda Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş konsert keçirilmişdir. “Bayatı Şiraz”la “Şur” dəstgahına həsr olunan konsert Respublikanın xalq artisti Gülyanaq Məmmədovanın və tələbələrindən Nigar Rəhimova, Xalid İmanov, Anar Abbasov və Şəfəq Xəlillinin ifası ilə keçmişdir. Konsertdə xalq artistinin və tələbələrin ifasında həyəcan hissi ilə zəngin “Bayatı Şiraz ” və “Şur” dəstgahının xarakteri tam şəkildə öz əksini tapmışdır. İfadan əvvəl Gülyanaq Məmmədova rayon rəhbərliyini və konsert işirakçılarını salamlamış, muğama verilən böyük dəyərə görə Ölkə Prezidentinə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Xalq artisti ifa olunacaq dəstgahın tarixi, şöbələri haqqında ətraflı məlumat vermişdir. Rayon ictimaiyyətinin , muğam biliciləri və muğamsevərlərin iştirak etdiyi konsertdə səs imkanları, seçilmiş qəzəllər və bir çox təsniflər vəhdət təşkil edərək, dinləyicilərə zövq vermişdir.

Keçidlər