Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İkinci Çaylı kəndində səyyar qəbul-görüş keçirilmişdir

11 mart 2015 | 16:00

11 mart 2015-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının İkinci Çaylı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək kənd sakinlərini salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və  bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra İkinci Çaylı kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə ötən il əkin zamanı toxumla bağlı yaranmış problemlərin aradan qaldırılması sahəsində görülən işlərə görə, 2014-cü ildə start verilmiş əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsinə görə, kəndin fasiləsiz olaraq təbii qazla təminatına, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi  ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Həmçinin kənd sakinlərindən Ağaxan Məmmədov Şamaxı-Həmyəli avtomobil yolunun təmirinə, Lazım Əhmədov kənddə Poçt şöbəsinin açılmasına, Südabə Məmmədova kənd həkim ambulatoriyasının əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev İkinci Çaylı kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər