Şriftin ölçüsü :

Saytın rəngi :

Elimizin əziz bayramı Novruzun müjdəçilərindən – Od çərşənbəsi

03 mart 2015 | 16:00

Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz yurdumuza öz mübarək qədəmlərini basır.
Bu gün Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ikincisi - Od çərşənbəsi Şamaxıda da böyük coşqu ilə qeyd olundu.
Şamaxı şəhərinə Bakı istiqamətindən girişində Qalanın qarşısında keçirilən bayram şənliyində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, başçının müavinləri, rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon sakinləri iştirak edirdilər.
Bu bayram ərəfəsində elimizin adət-ənənələri, icra etdiyi ayin və mərasimlər nəsildən-nəslə keçərək dövrümüzə gəlib çatmışdır. Bu gün də böyük həvəslə təşkil olunan mərasimlər istər yaşlı, istərsə də gənc nəsil üçün maraq doğurur.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şənlik iştirakçılarını və bütün şamaxılıları Od çərşənbəsi münasibətilə təbrik etdi, hamıya ən xoş arzularını çatdırdı.
İcra başçısı bildirdi ki, bu il xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruz sеvincləriylə yаşаyаn, füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Şamaxıdа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Şamaxı şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Şamaxının siması sürətlə dəyişir.
Natiq təbrik nitqində həmçinin rayonda abadlıq, quruculuq işlərinin daha geniş vüsət almasından, yeni infrastruktur layihələrin icrasına başlanmasından ətraflı bəhs etdi, 2015-ci ilin də xalqımız üçün parlaq nailiyyətlərlə zəngin olacağını əminliklə söylədi.
İcra başçısı çıxışının sonunda 2015-ci ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq nəsib etsin.
Sonra çərşənbə adətlərinə uyğun olaraq tonqal qalandı, incəsənət ustalarının ifasında mərasim nəğmələri və xalq mahnıları ifa olundu. Qara zurnanın müşayiəti ilə gənc idmançıların nümunəvi çıxışları, Bahar Qız, Kosa və Keçəlin meydana daxil olması, tonqalın ətrafında gənc rəqqasların milli musiqinin sədaları altında rəqs etməsi bayram iştirakçılarına xüsusi bayram ovqatı bəxş etdi.
Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən kiçiyə hər kəsin böyük sevincinə səbəb oldu.

Keçidlər