Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirildi

27 fevral 2015 | 16:00

Fevralın 27-də Yeni Azərbaycan Partiyası Şamaxı rayon Təşkilatı Gənclər Birliyinin növbəti hesabat-seçki konfransı keçirildi. Konfransda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak edirdi.
Konfransı giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq, bildirdi ki, bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevə inanır və dünyada gedən bütün ictimai-siyasi hadisələrdə daima dövlət başçısını dəstəkləyir. Ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət nəticəsində yaradılan müxtəlif gənclər birlikləri mühüm layihələr həyata keçirir. Bəxtiyar Abbasov vurğuladı ki, ölkəmizdə və rayonda keçirilən bütün tədbirlərdə partiyanın gəncləri fəal iştirak edirlər.
Tədbirdə YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri Elnar Kərimov qeyd etdi ki, rayon təşkilatının Gənclər Birliyi hesabat dövrü ərzində ölkə Prezidenti İlham Əliyevin siyasi kursunun dəstəklənməsi sahəsində öz qüvvə və bacarıqlarından maksimum istifadə edir. Ötən il “Şamaxı Palace Platinum By Rixos” otelində keçirilən, Milli Qurtuluş Gününə həsr olunmuş zona müşavirəsində səslənmiş fikirlər gənclərimiz üçün böyük örnək olub. Ötən hesabat-seçki yığıncağında rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayı 1989 nəfər idisə, bu gün onların sayı 2964 nəfərdir. Onlardan 478 nəfəri qadın olmaqla, 359 nəfəri ali, 335 nəfəri natamam ali, 281 nəfəri isə orta ixtisas təhsillidir. Partiyamızın sıraları durmadan artır ki, bu da ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqına, gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Məruzə ətrafında Avropa liseyinin müəllimi Vasif Şıxıyev, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının I kurs tələbəsi Adilə Hüseynli, Sənaye-İqtisad kollecinin müəllimi Şəbnəm Rəsulova çıxış edərək YAP Şamaxı rayon təşkilatının Gənclər Birliyinin ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdilər.
Millin Məclisin deputatı Ərəstun Cavadov bildirdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev demokratik Azərbaycanın inkişafına öz tövhələrini verir. Ərəstun Cavadov vurğuladı ki, ölkənin hər yerində müşahidə olunan sürətli inkişaf ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun məntiqi nəticəsidir. Ərəstun Cavadov vurğuladı ki, son illərdə partiyamızın qazandığı böyük uğurlardan ruhlanan YAP Şamaxı rayon təşkilatının Gənclər Birliyi gələcəkdə bu uğurların davam etməsi üçün bütün səylərini səfərbər edəcəkdir: “Azərbaycan gəncləri əmindir ki, dövlət başçımızın gərgin və səmərəli fəaliyyəti sayəsində dövlətimiz daha da inkişaf edəcək, müstəqilliyimiz möhkəmlənəcək”.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, bu gün Azərbaycan gənci milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq ölkənin sosial-iqtisadi, elmi intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir. YAP Siyasi Şurasının üzvü diqqətə çatdırdı ki, Azərbaycanda dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vüqar Rəhimzadə məlumat verdi ki, Yeni Azərbaycan Partiyası gənclərin fəallığına, onların potensiallarından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir: “Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Hər bir ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan strateji bir məsələdir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensiallarının gerçəkləşməsi, onların vətənpərvər, savadlı kadr kimi yetişməsi istiqamətində görülən tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndiriləcəkdir”.
Konfransda sonra təşkilati məsələlərə baxıldı. YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin 17 nəfərdən ibarət Şura üzvləri, 11 nəfər ibarət İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi. YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri Şəbnəm Rəsulova, müavinləri Ayşən Hüseynova və Vasif Şıxıyev seçildi. Sonra iki nəfər isə YAP GB-nin növbəti konfransına nümayəndə seçildi.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edib seçilmiş gəncləri təbrik edərək onları ölkəmizin, eləcə də rayonumuzun ictimai-siyasi həyatında daha da fəal olmağa çağırıb, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Keçidlər