2012-ci il “İdman ili” Şamaxı rayonunda qeyd olunur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci il “İdman ili” elan olunması və 10 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən 02-12 iyul 2012-ci il tarixlərində Şəhriyar qəsəbəsində yerləşən tam orta məktəbin süni örtüklü futbol meydançasında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında mini futbol idman növü üzrə rayon çempionatı keçirilmişdir.
Keçirilən çempionatda rayon İcra Hakimiyyətinin, YAP-Şamaxı rayon təşkilatının, Polis şöbəsinin, Təhsil şöbəsinin, Poçtamtın, Star LTD-nin, Mərkəzi Univermağın və Finca bankın komandaları çempion adı uğrunda mübarizə apardılar. Ümumilikdə 8 komanda üzrə 120 nəfər iştirakçı iki yarımqrupda dairəvi sistemlə yarışırdılar. Yarış Beynəlxalq Mini Futbol Federasiyanın təsdiq etdiyi qaydalara uyğun olaraq keçirilmişdir. Gərgin və çox maraqlı keçən idman mübarizəsindən sonra yarışın qalibi müəyyən olundu. Rayon Mərkəzi Univermağın komandası bütün rəqib komandalara qalib qələrək çempion adına layiq görüldü və Şamaxı rayon Gənclər və İdman idarəsinin təsis etdiyi Kuboka sahib oldu.