Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

24 fevral 2015 | 16:00

Azərbaycan xalqına qarşı mənfur düşmənlərimiz tərəfindən törədilmiş soyqırımı zamanı həlak olanların xatirəsini ehtiramla yad etmək məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış Sərəncama əsasən hazırlanmış tədbirlər planı ilə əlaqədar rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda silsilə tədbirlər keçirilir.
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin iştirakı ilə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirilib. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Muzeyin direktoru Firqiyə Zamanova çıxış edərək 23 il əvvəl Xocalıda baş verən insanlığa zidd qətliamdan danışıb. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edib silahsız və köməksiz dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırımı aktı həyata keçirmişdir. Xocalı şəhərində törədilmiş qırğın zamanı 613 nəfər dinc sakin qəddarlıqla qətlə yetirilmişdir ki, onların 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olmuşdur. Şəhərdə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Dəhşətli faciə zamanı 487 nəfər yaralanmış,1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür ki, onların çoxunun aqibəti indiyədək heç kimə məlum deyildir.
Daha sonra muzeyin kiçik elmi işçisi Zərifə Baxşıyeva çıxış edərək Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən hadisələrə hələ də dünya ölkələrinin hüquqi qiymət vermədiyini bildirmiş, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımın XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu və Xocalı soyqırımı qan yaddaşımız olmaqla, heç bir zaman unudulmayacağını qeyd etmişdir.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmişdir.

Keçidlər