Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunun Nağaraxana kəndində hesabat yığıncağı keçirildi

23 yanvar 2015 | 16:00

Yanvarın 23-də Şamaxı  Rayon İcra Hakimiyyətinin başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, rayonun xidmət təşkilatlarının rəhbərləri və Nağaraxana  kənd sakinləri iştirak etmişlər.

Hesabat məruzəsi ilə çıxış edən Şamaxı  Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abı Həsənov hesabat dövründə Nağaraxana kənd sakinlərinin həm sosial, həm də iqtisadi cəhətdən problemlərinin qismən həll olunduğunu, kənd əhalisini narahat edən məsələlərin həllinə tam qüvvələri ilə çalışdıqlarını, həlli mümkün olmayan müəyyən problemlər barədə rayon icra hakimiyyəti və Respublikanın Mərkəzi İcra Hakimiyyəti orqanlarına müraciət etdiklərini bildirmişdir. Eyni zamanda o, bir müddət öncə əkin sahələrindən məhsul əldə edə bilməyən əhaliyə dövlət tərəfindən kompensasiyanın verilməsini, alınmış taxılın Respublika Prezidenti tərəfindən əkinçilərə bağışlanılmasının kənd əhalisində dövlətə, onun Prezidentinə olan inamını daha da artırmış, böyük inamla kənd təsərrüfatı ilə məşğul olduqlarını vurğulamışdır.

Tədbirdə çıxış edən kənd sakinləri Camulla Mirzəyev, İldırım Hüseynov, Kamilə Müsliyeva son illərdə respublikamızda, rayonda eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali olaraq daim dövlət qayğısını hiss etdiklərini bildirmişlər. Çıxış edənlər kənd ərazisində qəzalı vəziyyətdə olan elektrik naqillərinin və dirəklərin yeniləri ilə əvəz olunmasını, kəndin içməli su xəttinin əsaslı təmirini və əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün hərtərəfli dəstəyin göstərilməsini rayon rəhbərliyindən xahiş etmişlər.

Sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasından danışmış, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlətimizin əsas məqsədlərindən olduğunu qeyd etmişdir.

Yekunda kənd sakinləri sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqətində olduğuna, ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda, eləcə də Nağaraxana kəndində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər