20 Yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar Şamaxıda anım mərasimi keçirilib
20 Yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar Şamaxı şəhərinin Şəhidlər xiyabanında anım mərasimi keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib.
Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub.
Rayon rəhbərliyi tərəfindən şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklil qoyulmuş, məzarlar üzərinə tər çiçəklər düzülüb.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.