Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Avropa liseyinin 140 illik yubley tədbiri keçirilib

13 dekabr 2014 | 16:00

13 dekabr 2014-cü il tarixdə Şamaxı şəhər Mədəniyyət Sarayında Təhsil Şöbəsinin təşəbbüsü ilə Şamaxı  Avropa liseyinin (C.Cəbrayılbəyli adına şəhər 5 saylı tam orta məktəbinin) 140 illik yubley tədbiri keçirilmişdir.

Qonaqlar Mədəniyyət Sarayının geniş foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Sərgidə əks olunan məktəbin zəngin tarixi tanınmış yetirmələrinin fotoşəkilləri, şagirdlərin əl işləri qonaqlar tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə əvvəlcə rayon icra hakimiyyəti başçısı Asif Ağayevin təbrik məktubu oxunmuşdur. Məktubda qeyud olunmuşdur ki, ölkədə təhsilin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası Ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulan milli təhsil siyasəti bu gün uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında milli təhsilmizin yüksək səviyyəyə qaldırılması yönümündə bütün imkanlardan maksimum səmərəli istifadə olunur. Bu gün rayonda 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta və 80 şagird yerlik Şərədil kənd ümumi orta məktəblərinin tikintisi sürətlə aparılır. Rayon məktəblərinin maddi-texniki bazası gücləndirilir və təhsilin keyfiyyəti günbəgün yüksəlməkdədir.
Şamaxı Avropa liseyinin bir qrup  müəlliminə gənc nəsilin təlim-tərbiyəsində əldə  etdikləri yüksək  nailiyyətlərə və məktəbin 140 illik yubleyi münasibətilə Rayon  İcra Hakimiyyəti Başçısının  Fəxri  Fərmanı təqdim edilmişdir.
Tədbirdə Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Bakı Dövlət Universitetinin dosenti Məcid Əfəndiyev, Avropa Azərbaycan Məktəbinin direktoru  Con Qrempolloq, Avropa Məktəbinin müəllimi Nazim Nəsrəddinov, RTŞ-nin müdiri Eyvaz Eminalıyev və başqaları çıxış edərək məktəbin pedaqoji kollektivini, Şamaxı ziyalılarını yubiley münasibətilə təbrik etmiş, müəllifi  olduqları kitabları hədiyyə vermişlər.
Həmçinin tədbirdə vaxtilə məktəbin məzunu olmuş Azərbaycan Respublikası Vergilər naziri cənab Fazil Məmmədovun təbrik məktubu oxunmuşdur.
Tədbir iştirakçıları məktəbin keçdiyi yolu əks etdirən xatirələrlə dolu film-xronikaya baxmışlar.
Məktəbin direktoru Məzahir Məmmədov məktəbin tarixindən danışaraq, 2008-ci ildə “ İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuş məktəbdə 3 nəfər “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, bir nəfər “Tərəqqi medalı” və bir nəfər “Şərəf nişanı” ilə təltif olunmuş müəllimin çalışdığını qeyd etmişdir.
Sonda qonaqlar xatirə şəkilləri çəkdirmişlər.

Keçidlər