Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 dekabr 2014 | 16:00

12 dekabr 2014-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anım günü Şamaxı rayonunda qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzdə İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirmiş və onlar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən filmə baxmış, filmdən sonra tədbir yekunlaşmışdır.

Keçidlər