Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda YAP-ın qadın namizədləri ilə görüş keçirildi

10 dekabr 2014 | 16:00

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının seçki qərərgahı rayon təşkilatı tərəfindən irəli sürülən qadın namizədlərlə görüş keçirildi. Tədbirdə YAP-ın bələdiyyə seçkilərində səlahiyyəli nümayəndəsi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şanbazova iştirak edirdi.

Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq bildirdi ki, bir sıra siyasi partiyaların iştirak edəcəyi bələdiyyə seçkilərinə YAP rayon təşkilatı mütəşəkkilliklə hazırlaşır. B.Abbasov qeyd etdi ki, ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib. Onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayindəsi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva son illərdə ölkədə aparılan islahatlardan bəhs edərək bu sahədə bələdiyyələrin müəyyən xidmətləri olduğunu diqqətə çatdırdı. Cəmiyyətdə rolu artan qadınların fəallığını yüksək dəyərləndirdi.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şahbazova vurğuladı ki, Yeni Azərbaycan Partiyası prezident, parlament  seçkilərində qazandığı etimadı bələdiyyə seçkilərində də təkrarlayacaq. Ötən illərin  təcrübəsi göstərdi ki, ölkənin siyasi arenasında xüsusi hörmət və nüfuzu olan YAP bu sahədə aparıcı qüvvə olduğunu  təsdiqləyib.
Seçicilərdən çıxış edənlər 23 dekabrda səsvermədə fəal iştirak edəcəklərini bildirdilər.
Qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının namizədləri xalqın etimadını  doğruldacaqlar.


 

Keçidlər