Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda DSK-nın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir

22 oktyabr 2014 | 15:00

    22-24 oktyabr  2014-cü il tarixlərində “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Şamaxı rayonu üzrə DSK-nın üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir. Kurslar zamanı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon məhkəməsinin sədri, rayon polis şöbəsi rəisinin müavini, rayon prokurorluğunun əməkdaşı, MSK-nın nümayəndəsi və rayon üzrə DSK-nın sədri müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.
    Kurslarda əsasən “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli əlaqələrinin qurulması”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları”, “Məhkəmələr tərəfindən onların hüququnun  qorunmasının mexanizmləri”, “Rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi”, “Daxili İşlər Nazirliyi orqanlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, “Seçki prosesində yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” istiqamətləri üzrə dinləyicilərə məlumatlar verilmiş, müzakirələr aparılmışdır.

Keçidlər