Şriftin ölçüsü :

Saytın rəngi :

“Avropa Oyunları Məşəlinin təqdimatı” qrupunun nümayəndə heyəti Şamaxıda

22 oktyabr 2014 | 15:00

    “Bakı-2015 Avropa Oyunları” üzrə Təşkilat komitəsinin dəvəti ilə Azərbaycanda fəaliyyət göstərən “Avropa Oyunları Məşəlinin təqdimatı” qrupunun  nümayəndə heyətinin üzvləri Maddy Cons və Peter Mecceyb 21-22 oktyabr 2014-cü il tarixlərində Şamaxı rayonuna səfər etmişlər. Səfər zamanı keçirilən  görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin nümayəndələri qonaqlara Şamaxının tarixi, mədəniyyəti, elmi və idmanı barədə geniş məlumatlar vermiş, onları rayonun tarixi, mədəni abidləri, tam müasir kompleksə malik Şamaxı Astrofizika Rəsədxanası ilə yaxından tanış etmişlər. Görüşdə “Bakı-2015 Avropa Oyunları”nın məşəlinin təqdimat mərasimi üçün Şamaxı rayonunun üzrərinə düşən tapşırıqların məsuliyyətlə yerinə yetiriləcəyi xüsusi olaraq vurğulanmışdır.
    İşgüzar səviyyədə keçən görüşün sonunda qonaqların şərəfinə ziyafət verilmişdir.

Keçidlər