Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir

15 oktyabr 2014 | 15:00

     15 oktyabr tarixində Şamaxı rayonunda 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda qodduz ayda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının uğurla davam etdirildiyi, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılmışdır.
      Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Rayon Maliyyə idarəsinin rəisi Seyran Alcanov, Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov və rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Elçin Salahov məruzə ətrafında müzakirələrdə iştirak etmişlər. Ümumilikdə 2014-cü ilin doqquz ayının yekunları rayonumuz üçün də müsbət qiymətləndirilmişdir.
        Tədbirdə xüsusi olaraq qeyd edilmişdir ki, bu dövrün ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 14-də rayonumuza səfər etməsidir. Həmin səfəri çərçivəsində dövlətimizin başçısı Şamaxı rayonunun Şərədil kəndində yüksək səviyyədə müasir standartlara uyğun inşa olunmuş beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılış mərasimində iştirak etmişdir.
        Çıxışı zamanı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bildirmişdir ki, 2014-cü ilin doqquz ayında rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Cari ilin doqquz ayında rayonda 121,8  milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 3  milyon manatdan və yaxud 2,6 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 3,2 milyon  manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. Həmçinin doqquz ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 36 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 32,6 milyon manat təşkil etmişdir. Ötən doqquz ayda pərakəndə əmtəə dövriyyəsi 124 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 33,7 milyon manat olmuşdur. 2014-cü ilin doqquz ayında rayon üzrə 467 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 10510 iş yeri yaradılmışdır ki, bunun da 7839-i daimi iş yeridir.
      Natiq qeyd etmişdir ki, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin doqquz ayı ərzində bu sahədə  41,6  mln. manatlıq məhsul istehsal edilmişdir.
       Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonumuzda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlərimiz tərəfindən cari ildə 10 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1627,5 hektara çatdırılmışdır.
       Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Bu ilin doqquz ayında rayonda iribuynuzlu mal-qaranın sayı artaraq 37359 başa, xırdabuynuzlu heyvanların sayı 181259 başa, quşların sayı isə 269116 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Həmin dövrdə ət, süd və yumurta istehsalı ötən ilin müvafiq ayları ilə müqayisədə xeyli artmışdır. Arı ailələrinin sayı isə 4853-ə çatdırılmışdır.
      Bu ilin doqquz ayı ərzində rayon üzrə 6666 nəfər kənd təsərrüfatı istehsalçısına 1 milyon 308 min manat yardım verilmişdir.
     Cari ilin doqquz ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir. Şamaxı şəhərinin mərkəzində yerləşən, uzun müddətdir ki, baxımsızlıq nəticəsində yararsız hala düşmüş Soyqırım abidəsi yenidən qurularaq əsaslı təmir edilmişdir. Abidənin ətrafında bütün fərdi yaşayış evlərinin dam örtükləri və pəncərə blokları yenisi ilə əvəz edilmiş, fasad hissələri aqlay daşla üzlənmiş, giriş qapıları rənglənmişdir. Ərazidə olan bütün barılar dekorativ üslubda üzlənmişdir. Həmin ərazidə piyadalar üçün səkilər çəkilmiş, asfalt-beton örtüyü vurulmuş və işıqlandırma sistemi quraşdırılmışdır. Abidənin ətrafında 800 m2 yeni yaşıllıq zolağı salınaraq həmişəyaşıl bəzək kolları və dekorativ ağaclar əkilmişdir.
      Ötən dövr ərzində Şamaxı şəhərində Qarabağ muharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış və regional qeydiyat şöbəsi üçün inzibati binaların tikintisinə başlanmışdır. Hazırda işlər sürətlə davam etdirilir.
    Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş həmyerlilərimizin uyuduğu Şəhidlər Xiyabanının əsaslı təmir və yenidənqurulması işləri davam etdirilmişdir. Belə ki, ilk növbədə ərazinin sürüşmə zonasında yerləşdiyi nəzərə alınaraq torpaq sürüşməsinin qarşısının alınması məqsədilə məzarların ərtafına 3270m2 10-15 sm qalınlığında beton verilmişdir. Hazırda beton verilmiş əraziyə üzlük daşlar döşənir. Şəhidlər Xiyabanının ərazisi boyük parka çevrilərək 3 hektara çatdırılmış, parkda 5000 min kv.metrə qədər yaşıllıq zolağı salınmış və 800-ə qədər yeni ağaclar əkilmişdir. Hazırda Şəhidlər Xiyabanında və yeni salınmış parkda son tamamlanma işləri aparılır.
     Bakı istiqamətindən Şamaxı şəhərinə girişdə 200 metr məsafədə torpaq daşınaraq süni yamaclar salınmışdır. Hazırda həmin yamaclarda yaşıllıq salınmış və ağac əkilmişdir. Həmin ərazi ilə üzbəüz sahədə 1000 kv.metrə qədər yaşıllıq zolağı salınmışdır.
     Şəhərdə son doqquz ayda salınmış yaşıllıq zolaqlarının qorunub saxlanılması məqsədilə Zoğalavayçay su anbarından şəhərin S.Ə.Şirvani küçəsinə və şəhərə giriş istiqamətində yerləşən qala divarlarına qədər 4000 p/m-ə qədər 60 və 50 mm-lik plasmas boru ilə texniki su xətti çəkilmişdir.
     Cari ilin doqquz ayı ərzində rayon icra hakimiyyətinin qarşısında yerləşən parkda əsaslı təmir işləri aparılmışdır. Əraziyə 900 kv.metr üzlük daş döşənmiş və 800 kv.metr yeni yaşıllıq zolağı salınaraq kollar və ağaclar əkilmiş, əraziyə işıqlandırma sistemi çəkilmişdir.
     2014-cü ilin doqquz ayında şəhərin küçələrinin abadlaşdırılması və yenidənqurulması xüsusu diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şəhərin Azadlıq, A.Əhmədov, B.Əzizov, S.Bəhlulzadə, C.Məmmədquluzadə, F.Baxşiyev, A.Gəraybəyli, H.Z.Şirvani, Y.Kələntərli, A.Səhhət və digər küçələrinə ümumilikdə 25000 kv.metr asfalt beton örtüyü vurulmuşdur. Hazırda işlər sürətlə davam etdirilir. 53 km-lik Şamaxı-Padarçöl və 13 km-lik Şamaxı-Çuxuryurd-Qızmeydan  avtomobil yollarında da ötən dövr ərzində işlər davam etdirilmişdir.
     Uzun illərdir ki, şəhər sakinlərinin haqlı narazılığına səbəb olan böyük problemlərdən biri olan şəhərin ərazisində yerləşən zibilxana Saqiyan kəndinə köçürülmüş və yeni salınmış zibilxanaya 3 km məsafəyə yol çəkilərək çınqıl döşənmişdir. Hazırda keçmiş zibilxananın yerində abadlıq və təmizləmə işləri aparılır.
     Şamaxı şəhərinin küçələrinin işılqlandırılması məqsədilə doqquz ay  ərzində xeyli işlər görülmüşdür. Belə ki, şəhərin Bakı istiqamətindəki giriş hissəsindən şəhərin Ağsu istiqamətində yerləşən Gənclər Parkına qədər ümumilikdə 208 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.
    Bakı-Şamaxı magistral avtomobil yolunun 110-cu km-də M.Ə.Sabir qəsəbəsinin qarşısında abadlıq və yenidənqurma işləri aparılmışdır. Belə ki, qəsəbənin qarşısından 200 metrlik məsafəyə torpaq daşınaraq süni təpələr yaradılmış və həmin təpələrdə yaşıllıq zolaqları salınaraq ağac və bəzək kolları əkilmişdir. Sabir qəsəbəsinin girişində yerləşən barıların üzləri sökülərək yeni üzlük tametlə üzlənmişdir. Əraziyə bardürlər düzülmüş, piyada səkiləri salınmış və asfalt örtük vurulmuşdur. Magistral yol boyu yerləşən evlərin fasadları üzlük daşla üzlənmiş, dam örtükləri yenisi ilə əvəz edilmişdir. Qəsəbə ilə üzbə-üz yerləşən Mərzəndiyə kənd qəbiristanlığının 260 metr barısı sökülərək yenisi ilə əvəz edilmiş və dekorativ üslubda bəzədilmişdir. Qəbristanlığın girişi yeni layihəyə əsasən dəyişilmiş və bulaq kompleksi tikilmişdir. Ərazidə müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır.
2012-ci ilin mart ayında rayonun Muğanlı və Saqiyan kəndlərində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş kənd sakinləri üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 63 ədəd yeni ev tikilərək istifadəyə verilmişdir. Qəzalı vəziyyətə düşmüş digər kənd sakinləri üçün evlərin tikintisi növbəti mərhələdə nəzərdə tutulmuşdur.
Rayonun Qaleybuğurd, Nağaraxana, Mərzəndiyə və Qızmeydan kəndlərinə girişdə xüsusi memarlıq üslubunda işlənmiş kənd ad göstəricisi inşa edilmişdir. 
Şəhər 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın inşasında artıq son tamamlama işləri aparılır. Şəhriyar qəsəbəsinin ərazisində 100 yerlik uşaq bağçasının, Şərədil kəndində isə 80 şagird yerlik orta  məktəbin  tikintisinə başlanmışdır. Həmçinin 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta məktəbinin tikintisi sürətlə davam etdirilir. Rayonun Talışnuru və Hacıqədirli kəndlərində müasir tələblərə cavab verən məktəblərin tikintisi məqsədilə layihə-smeta hazırlanmışdır. Kərkənc kənd məktəbində idman zalının tikintisi başa çatmaq üzrədir.
Ötən müddət ərzində şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi və bu sahədə yol verilən narazılıqların aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. İşin sürəti və keyfiyyəti artmışdır. Ötən rüb ərzində şəhərin küçələrinə 11 km kanalizasiya 11.5 km isə su xətləri çəkilmişdir. İndiyədək ümümilikdə şəhərin müxtəlif küçələrində 107 kilometr kanalizasiya və 116 kilometr  su xətti çəkilmişdir.
Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artır. Bu il “Şərədil” istirahət mərkəzində 5 ulduzlu otel və “Sakit göl” istirahət mərkəzi istifadəyə verilmişdir. Pirqulu zonasında isə müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir.
     2014-cü ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bununla bağlı rayonun idarə və müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilmiş, geniş yaşıllaşdırma tədbirləri icra olunmuşdur. İməciliklər zamanı Bakı-Şamaxı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 5 min ədəddən çox ağac və gül kolları əkilmişdir. Hazırda həmin yaşıllıqlara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilir. Magisral yolun, eləcə də şəhərin müxtəlif yerlərində geniş yaşıllaşdırma işlərinin aparılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
     2014-cü ilin ötən dövrü ərzində rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Belə ki, ötən doqquz  ay ərzində  Şamaxı şəhərinin M.F.Axundov, S.Mümtaz və İmamlı küçələrinin qaz xətlərində əsaslı təmir işləri aparılır. İstehlakçıların və əhali abonentlərinin normal, fasiləsiz, təhlükəsiz və stabil təbii qazla təmin olunmaları üçün ölçü qovşaqlarında mövcud kollektorların üzərində qaz tənzimləyiciləri, eləcə də daxili qaz kəmərlərinin üzərində müxtəlif tipli 72 ədəd  300-500m3 qaz tənzimləyiciləri quraşdırılmışdır. Bundan əlavə şəhərin S.Ə.Şirvani, M.F.Axundov, F.Şahbazov, S.Mümtaz, İmamlı, Ə.Əlizadə, M.Hüseynzadə, N.Nəcəfov, Azadlıq və H.Əliyev küçələrində istismar müddətini başa vurmuş, həyətlərdən keçən yeraltı və yerüstü qaz kəmərləri yeni 35446,5 p/m-lik küçə qaz xətləri ilə əvəz edilmişdir. Rayonun Mədrəsə AQPS-dən qidalanan d-315 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin üzərinə RDQ-150 markalı tənzimləyici, eləcə də Qaravəlli kəndinə gedən d-150 mm-lik RDUK-100 markalı qaz tənzimləyiciləri quraşdırılmışdır. Bundan əlavə may ayında Saqiyan və Şərədil kəndlərinin qazlaşdırılmasına başlanılmışdır. Saqiyan kəndində müxtəlif diametrli 9561 p/m, Şərədil kəndində isə 8100 p/m qaz xətləri çəkilmiş və bu işlər ardıcıl olaraq davam etdirilir. Hazırda rayonun 33 yaşayış məntəqəsi üzrə 16350 abonent təbii qazla təmin olunur ki, bu da Şamaxı rayonunda olan 20067 təsərrüfatın 81,4 faizini təşkil edir. Şamaxı şəhərinin qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar “Azəriqaz” İB-nin sifarişi ilə Layihə Konstruktor bürosu tərəfindən şəhərin 02a, 01b, 10a, və 48a saylı yaşayış massivlərinin layihə smeta sənədlərinin hazırlanmasına başlanılmışdır. Qeyd olunan massivlərin qazlaşdırılması mərhələlərlə həyata kekiriləcəkdir.
     2014-cü ilin doqquz ayı ərzində rayon ərazisində 10 və 04 kv-luq elektrik verilişi hava xətlərində cari təmir işləri aparılmışdır. 110/35/10 kv-luq Şamaxı yarımstansiyasında genişlənmə və yanidənqurma işlərinə başlanmışdır. 35 kv-luq Pirqulu hava xəttində yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Həmin xəttin 5 k-m məsafəsi artıq yeni xətlə əvəz edilmişdir.
Göründüyü kimi, bütün bunlar kosmetik xarakter daşımaqla əslində elektrik təsərrüfatında mövcud olan problemlərin həllinə əsaslı kömək etməmişdir. Lakin sevindirici haldır ki, rayonun elektrik təsərrüfatındakı problemlərin həlli Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına salınmışdır. Əminik ki rayonun elektrik təsərrüfatındakı problemlər bu beş il ərzində öz həllini tapacaqdır.
      2014-cü ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində  rayonda ictimai-siyasi sabitlik  davam etmişdir. Rayonda mütamadi qaydada aparılan bu və ya digər tədbirlər öz müsbət təsirini göstərməkdədir.
Rayonda təhsil, mədəniyyət və səhiyyə böyük şəbəkəyə malik sahələrdir. Ötən müddət ərzində təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də xeyli işlər görülmüşdür. Təbii ki, bütün bunlar öz nəticəsini əldə olunmuş göstəricilərdə də göstərir. Bu ilki qəbul imtahanları zamanı məzunlarımızdan 191 nəfərdən çoxunun respublikamızın müxtəlif ali məktəblərinə daxil olması, 8  nəfərinin 600-dən yuxarı, 20 nəfərinin 500-dən çox bal toplaması özlüyündə çox müsbət göstərici kimi qiymətləndirilməlidir.
Lakin bizi bu sahə ilə bağlı bir sıra problemlər də ciddi narahat edir. Hələ də bəzi ümumtəhsil məktəblərindən tədrisin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti, dərs saatlarının bölgüsü ilə bağlı narazılıqlar eşidilməkdədir. Bu cür xoşagəlməz hallara birdəfəlik son qoyulmalıdır.
2014-cü ilin doqquz ayı ərzində rayonun mədəni həyatı nisbətən zəngin olmuşdur. Əsasən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mühüm tarixi hadisələr və bayramlar əhatə və təsir  dairəsinə görə fərqlənmişdir.
      20 iyul 2014-cü il tarixdə Şəki şəhərində ənənəvi beynəlxalq şirniyyat festifalı keçirilmiş, həmin festifalda Şamaxının şirniyyat ustaları uğurla çıxış edib II yerə layiq görülmüş və gümüş medal qazanmışlar.
23 avqust 2014-cü il tarixdə Qəbələ şəhərində ənənəvi mürəbbə festifalı keçirilmişdir. Festifalda uğurla çıxış edən Şamaxının kulinarları diploma laiq görülmüşlər.
Bununla yanaşı, açıq etiraf etməyə məcburuq ki, rayon mədəniyyət və turizm şöbəsinin əhatə etdiyi xidmət sahələrində əmək intizamı tələb olunan səviyyədə deyil, xüsusilə kənd və qəsəbələrdəki mədəniyyət obyektlərinin əksəriyyəti fəaliyyətsiz vəziyyətdədir.
Cari ilin ötən müddəti ərzində əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu sahədə Diaqnostika Mərkəzində aparılan uğurlu əməliyyatlar, rayon mərkəzi xəstəxanası tərəfindən təşkil olunan səyyar həkim briqadalarının fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. 2014-cü ilin fevral-may ayları ərzində rayon əhalisinin kütləvi müayinəsi həyata keçrilmişdir. Aşkar olunan xəstələr təyinatı üzrə ambulator və stasionar müalicəyə cəlb olunmuşdur. Onların dispanser müalicəsi təşkil edilmişdir. Müayinələrə rayon üzrə 40909 nəfər 17 yaşdan yuxarı əhalı və 19500 nəfər 17 yaşa qədər uşaqlar cəlb olunmuşdur.
2014-cü ilin 29 sentyabr tarixində rayon üzrə talassemiyalı xəstələrinə kömək məqsədi ilə qanvermə aksiyası keçrilmişdir. Könullü olaraq 150 nəfər qanvermə aksiyasında iştirak etmişdir.
Təbii ki, əhaliyə göstərilən tibb xidməti sahəsində problemlər də az deyil. Belə ki, ayrı-ayrı  sahələr üzrə xəstəliklərin sayının kəskin şəkildə artması, kənd səhiyyəsinin maddi-texniki bazasının aşağı səviyyədə olması,  həkim kadrlara ehtiyacın ildən-ilə artması və s. bunu  bir daha təsdiqləyir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaş-məmur münasibətlərinin tələb olunan səviyyədə qurulması ilə əlaqədar qarşıya daha ciddi vəzifələr qoymuşdur. Bəli, möhtərəm Prezidentimizin dediyi kimi, dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır.
Bildiyiniz kimi, son vaxtlar qarşıya qoyulmuş bu vəzifələrin icrası məqsədilə rayonda xeyli tədbirlər həyata keçirilmişdir. Birinci növbədə onu qeyd etmək istəyirəm ki, rayonda çalışan dövlət məmurlarının bu sahədə məsuliyyətlərinin artırılması üçün onların qarşısında konkret vəzifələr qoyulmuşdur. Kənd və qəsəbələrdə keçirilən görüşlərdə, eləcə də vətəndaşların qəbulu zamanı diqqəti çəkən ən mühüm məqam insanların problemlərinə həssaslıqla yanaşılması, haqlı şikayətlərin operativ qaydada həll edilməsidir.
      Vətəndaşların müxtəlif ünvanalra etdikləri müraciətlərin keçən ilin müvafiq dövrü ilə müqayisədə azalmasına müntəzəm olaraq əhalinin müxtəlif  təbəqələri, eləcə də kənd və qəsəbə sakinləri ilə keçirdiklərimiz görüşlər, həmin görüşlər zamanı qaldırılmış problemlərin əksər hissəsinin yerində həll edilməsi xüsusilə müsbət təsir etmiş və əhali tərəfindən razılıq hissi ilə qarşılanmışdır. Ümumiyyətlə, belə görüşlərin keçirilməsi bundan sonra da mütəmadi xarakter daşıyacaqdır. Cari ilin 9 ayında rayonun 4 qəsəbə və 31  kəndində rayon icra hakimiyyətinin başçısı ilə keçirilmiş görüş-qəbullarda 2278 nəfər əhali iştirak etmişdir. Həmin görüşlərdən sonra əhalinin müraciətləri nəzərə alınaraq xeyli işlər görülmüşdür.  Belə ki, rayonun İkinci Cabanı, Qonaqkənd, Hacıqədirli, Çıraqlı, Kərkənc, Adnalı, Talışnuru və Dəmirçi kənd yollarının təmiri və bərpası ilə əlaqədar yollara çınqıl örtüyü döşənərək qreyder çəkilmiş, Qonaqkənd yolunda suötürücü təmir edilmiş, magistral yoldan Şərədil kəndinə qədər olan məsafəyə isə asfalt örtük vurulmuşdur. Həmçinin görüşlərdə əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq kəndlərdə içməli su təchizatını daha da yaxşılaşdırmaq üçün artezian quyuları qazılması məqsədilə rayona xüsusi briqada dəvət olunmuşdur. Həmin briqada vasitəsilə Çıraqlı kəndində 220 metr dərinlikdə artezian quyusu inşa edilərək mövcud 35 evin hamısının həyətinə fərdi qaydada su xətti çəkilmiş və hazırda bu sudan istifadə olunur. Nağaraxana kəndlərində də bu iş başa çatdırılaraq əhalinin su təchizatı yaxşılaşdırılmışdır. Bundan əlavə Nağaraxana kəndinin içməli su xəttinin 1500 m hissəsi icra nümayəndəsi və bələdiyyə tərəfindən əsaslı təmir edilmiş, su anbarının təmirinə başlanılmışdır. Məlhəm kəndində su təchizatında yaranmış problem aradan qaldırılmışdır. Həmçinin Məlhəm kəndi və Mədrəsə qəsəbəsində küçə işıqları çəkilişi başa çatdırılmış, Kərkənc, Məlcək, Zarat Xeybəri, Cuxuryurd və Qızmeydan kəndlərində kənddaxili elektrik xəttində təmir işləri aparılmışdır. Bundan əlavə əkinçiliklə məşğul olan kənd sakinləri biçin mövsümündə müraciətlərinə uyğun olaraq kombayn, küləşbağlayan və digər kənd təsərrüfatı texnikası ilə təmin olunmuşlar.
      Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxışının sonunda qeyd etmişdir ki, oktyabrın 8-də keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.

Keçidlər