Şamaxı rayonunda növbəti qanvermə aksiyası keçirilmişdir
Sentyabrın 26-da Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilmişdir.
Aksiyada Respublika Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün müxtəlif yaş qruplarından olan könüllülədən qan nümunələri götürüblər.
Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların kollektivləri, təhsil müəssisələrinin işçiləri, YAP Şamaxı Rayon Təşkilatının üzvləri və rayonda fəaliyyət göstərən səhiyyə işçiləri yüksək fəallıq nümayiş etdirmişlər. Qan vermək üçün 500 nəfərdən çox rayon sakini müraciət etmişdir. Onlardan 150 nəfərindən qan götürülmüşdür.
Aksiya iştirakçıları xeyriyyə tədbirinin təşkilini təqdirəlayiq hesab edərək xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadığını vurğulayıblar.