Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

15 sentyabr 2014 | 15:00

Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbində 15 sentyabr - “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təhsil işçilərini, məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş və öz çıxışında bildirmişdir ki, respublikamızın bütün ümumtəhsil məktəblərində ilk dərs Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, ikinci dərs isə “Azərbaycanın bu günü və sabahı” mövzusuna həsr olunmuşdur. Sonra  sözü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Kamal Abdullayevə vermişdir.
Azərbaycanın bugünkü tərəqqi yolundan, uğurlu daxili və xarici siyasətindən,  dövlətin təhsilə göstərdiyi diqqətdən danışan dövlət müşaviri Ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına göstərdiyi qayğıdan söz açmışdır.
Tədbirin sonunda məktəblilərin suallarını cavablandıran Kamal Abdullayev şagirdlərlə xatirə şəkilləri çəkdirmiş və onlara yeni nəşr olunmuş kitablarını hədiyyə etmişdir.

Keçidlər