Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Böyük Xınıslı kəndində səyyar qəbul-görüş keçirilmişdir

12 sentyabr 2014 | 15:00

12 sentyabr 2014-cü il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin Böyük Xınıslı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənddə keçirilən görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək sakinləri salamlamış, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etmişlər. Kənd sakinləri Hidayət Əliyev kəndə təbii qaz verilişinin yaxşılaşdırılmasına, Miraslan Ağayev  kəndin içməli su xəttinin, Şamaxı-Böyük Xınıslı yolunun və kəndin küçələrinin təmirinə, Əlsəftər Şirinov sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yenidən tikilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Böyük Xınıslı kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər