Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisinin deputatı Elxan Süleymanovun Şamaxı rayon təhsil işçiləri və ali məktəblərə qəbul olmuş tələbələri ilə görüşü keçirilmiş, görüşdən sonra Ə.Xaqani adına bulağın açılışı olmuşdur.

10 sentyabr 2014 | 15:00

10 sentyabr 2014-cü il tarixdə Şamaxı Mədəniyyət Sarayında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elxan Süleymanovun Şamaxı rayon təhsil işçiləri və ali məktəblərə qəbul olmuş tələbələri ilə görüşü keçirilmişdir.
Tədbirdə qocaman təhsil işçisi Süleyman Zərbəliyev, professor Nadir Abdullayev, rayonun Sis kəndində işləməyə təyinat almış gənc müəllimə Röya Qurbanova çıxış edərək dövlət tərəfindən təhsilə göstərilən qayğıya görə ölkə prezidentinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Milli Məclisin Deputatı Elxan Süleymanov çıxış edərək ölkənin təhsil uğurlarından, Şamaxı təhsilinin inkişafından söz açmışdır. O, yüksək balla ali məktəblərə qəbul olmuş tələbələrə qiymətli hədiyyələr və pul mükafatları təqdim etmişdir.
Görüşdən sonra Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə rayonun Məlhəm kəndinə çəkilən içməli su xəttinin açılış mərasimi olmuşdur. Bulaq kompleksi kəndin girişində inşa edilmiş  və  Azərbaycanın görkəmli şairi Ə.Xaqaninin şərəfinə “Xaqani”  bulağı adlandırılmışdır.
Sonda Elxan Süleymanov bu tədbirlərin keçirilməsində göstərdiyi dəstəyə görə rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevə öz təşəkkürünü bildirmişdir.
Açılış mərasimində Şamaxının millət vəkili ilə yanaşı rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayon idarə, təşkilat, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri də iştirak  etmişdir. Mərasimdə iştirak edənlər  bu hadisənin müstəsna əhəmiyyətini qeyd edib və millət vəkili Elxan Süleymanova bu xeyriyyəçilik fəaliyyətinə görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər