Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda forum keçirib

05 sentyabr 2014 | 15:00

Sentyabrın 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan sahibkarların iştirakı ilə işgüzar forum keçirib.
Forumda Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və Fondun aparıcı məsləhətçisi Ələkbər Salmanov çıxış edərək bildirmişlər ki, sahibkarlığa hərtərəfli dövlət dəstəyinin göstərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqətində olan sahədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz son illər dinamik inkişaf edir və böyük uğurlara imza atır. Bu gün yada salmaq olduqca xoşdur ki, dünya birliyi, eləcə də bir sıra aparıcı maliyyə qurumları Azərbaycanın bu inkişafını görür və yüksək qiymətləndirirlər.
Forum iştirakçılarına bildirilmişdir ki, bu il ərzində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan sahibkarlara 1 mln. manatdan çox güzəştli kredit verilib ki, bu kreditlərin reallaşdırılması hesabına 130-a yaxın yeni iş yerinin açılması mümkün olacaq. Bundan 325 min manat məbləğində güzəştli kredit Şamaxı rayonundan olan sahibkarlara verilmişdir.
Forumun sonunda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Keçidlər