Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı müəllimlərinin növbəti sentyabr konfransı keçirilib

05 sentyabr 2014 | 15:00

05 sentyabr 2014-cü il tarixdə Şamaxı Rayonu Mədəniyyət  Sarayında  müəllimlərin ənənəvi sentyabr  Konfransı keçirilmişdir. Konfrans  iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək,   abidə önünə gül-çiçək dəstələri düzdülər. Konfransın işində Şamaxı RİH başçısı Asif Ağayev, Təhsil Nazirinin müşaviri Samir Vəliyev və rayonunun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev  2013-2014-cü tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdikdən sonra məruzə ətrafında şəhər 9 saylı tam orta məktəbin direktoru Xasay İsayev,  Mədrəsə qəsəbə tam orta məktəbin direktoru Ağamustafa Teymurov, Məlhəm kənd tam orta məktəbin direktoru Rəfiqə Ağayeva və Təhsil Nazirinin müşaviri Samir Vəliyev ətraflı çıxış etdilər.
Konfransın yekununda Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək 2013-2014-cü tədris ilində əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar barədə geniş məlumat vermiş, buraxılmış nöqsanların aradan qaldırılması üçün öz tövsiyyələrini bildirmişdir. Sonda Rayon İcra Hakimiyyətinin  başçısı  tərəfindən 2013-2014-cü tədris ilində Ali məktəblərə qəbul zamanı 600-dən yuxarı bal toplamış məzunlara qiymətli hədiyyələr və pul mükafatları təqdim edilmişdir.

Keçidlər