Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Quba və Qusar rayonlarına yola salındı

31 avqust 2014 | 15:00

Avqust ayının 31-də  rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, rayon Mədəniyyət və Turizm şöbəsinin, Gənclər və İdman İdarəsinin rəhbərliyi, valideynlərin iştirakı ilə Heydər Əliyev mərkəzinin qarşısında əlaçı və nümunəvi IX-XI sinif şagirdlərinin Quba-Qusar marşurutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında iştirak etmək üçün yolasalma mərasimi keçirilib. Tur aksiyanın iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.
Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov yolasalma mərasimində çıxış edərək  bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, ölkəmizin tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməkdə mühüm rol oynayır. O çıxışında qeyd edib ki, yeni nəsil Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qayğısı sayəsində sürətlə inkişaf edən Azərbaycanın xoşbəxt sabahını yaşayacaqdır.
Məktəblilər sentyabr ayının 3-nə kimi Quba və Qusar rayonlarının tarixi, coğrafiyası və turizm məkanları ilə daha yaxından tanış olma imkanı əldə edəcəklər.

 

 

Keçidlər