Şamaxıda əməliyyat müşavirəsi keçirilmişdir
22 iyul 2014 | 15:00
İyul ayının 22-də Şamaxı Rayon Prokurorluğunda 2014-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş əsas hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərovun iştirakı ilə əməliyyat müşavirəsi keçirilmişdir.
Maşavirə iştirakçıları əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə birlikdə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər. Daha sonra müşavirə Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Göyçay və Kürdəmir rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə davam etmişdir.