Şriftin ölçüsü :

Saytın rəngi :

Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Şamaxıda səfərdə olmuşdur

19 iyul 2014 | 15:00

19 iyul 2014-cü il tarixdə Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu tanışlıq məqsədi ilə Şamaxıda səfərdə olmuşdur. Səfər zamanı onu Xarici İşlər Nazirliyinin I ASİYA idarəsinin şöbə müdiri Surxay Əliyev müşayiət etmişdir.
Əvvəlcə qonaqlar rayon icra hakimiyyətində qəbul edilmişlər. Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qonaqları salamlamış, onlara rayon haqqında məlumat vermiş və xatirə olaraq qonaqlara hədiyyələr təqdim etmişdir.
Qonaqlar Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyində, Cümə Məscidində, Şamaxı Astrofizika Rəsədxanasında olmuşlar. Sonra 31 Mart Soyqırım abidəsini ziyarət etmiş və önünə təzə - tər çiçəklər düzmüşlər.
Sonda səmimi qarşılandığına və mehriban qonaqpərvərliyinə görə  Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə dərin təşəkkürünü bildirmişdir.

Keçidlər